“Atletiko”dan 35 milyonluq transfer

İspaniyanın “Atletiko” klubu heyətini Gelson Martinslə gücləndirib.

Yenicag.az xəbər verir ki, bu keçid üçün madridlilər Portuqaliyanın “Sportinq” klubuna 35 milyon avro ödəyib.

23 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, “Sportinq”in yetirməsi olan Martins adıçəkilən klubun heyətində 140 matça çıxıb, 27 qol vurub. O, eyni zamanda Portuqaliya millisinin üzvüdür.