“Atletiko”dan 70 milyonluq transfer

İspaniyanın “Atletiko” klubu heyətini Tomas Lemarla gücləndirib.

Yenicag.az xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi üçün Madrid təmsilçisi “Monako”ya 50 milyon avro ödəyəcək.

Tərəflər arasında 5 illik sözləşmə imzalanıb. Portuqaliya millisinin üzvü yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

COP29