“Atletiko”dan iki transfer birdən

İspaniyanın “Atletiko” klubu heyətini daha iki futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, söhbət Santiaqo Arias və Sime Vrsaljkodan gedir.

Ariasla 5 illik sözləşmə imzalanıb və 26 yaşlı müdafiəçi üçün Hollandiyanın PSV klubuna 25 milyon avro ödənilib. “İnter”dən heyətə cəlb olunan Vrsaljko üçün isə 6,5 milyon avro icarə haqqı verilib. İspanlar 17,5 milyon avro qarşılığında xorvatiyalının transfer hüququnu ala biləcək.

COP29