“Atletiko”dan yeni transfer

“Atletiko” “Vilyarreal”ın hücumçusu Aleksandr Sorlotu transfer edib.

Yenicag.az xəbər verir ki, norveçli futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 26 qol vurub.