Atom Elektrik Stansiyasında yanğın: Həyəcan siqnalı verildi

Yaponiyanın Sidzuoka prefekturasında yerləşən “Xamaoka” Atom Elektrik Stansiyasında yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Chubu electric power” stansiyası şirkətinin operatoru məlumat yayıb.

Məlunata görə, yanğın siqnalizasiyası stansiyanın beşinci reaktorunun turbin zalında işə düşüb.

Zərərçəkənlər barədə məlumat verilməyib.

“Xamaoka” stansiyasında və onun hüdudları xaricində radiasiyanın səviyyəsində dəyişikliklər qeydə alınmayıb.