ATU-da yeni kafedra yaradıldı – Rektor AÇIQLADI

“Gələn ildən Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinə təcili tibbi yardım fənni ayrıca keçiriləcək”. 

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

O bildirib ki, təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb:

“Bu addımlarda universitet rəhbərliyi də fəal iştirak edib. Bu məqsədlə Azərbaycan Tibb Universitetində Təcili yardım kafedrası yaradılıb və gələn ildən tələbələrə bu istiqamətdə təcili tibbi yardım fənni ayrıca keçiriləcək”.