ATU tələbəsinin ölüm səbəbi AÇIQLANDI – YENİLƏNDİ

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Tibb Universitetinin tələbəsinin vəfat etməsi ilə bağlı açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gülçin Elşən qızı Rzayeva 17.07.2023-cü il tarixində saat 11:15 radələrində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:

“Ona ilkin olaraq talasemiyyanın ağır gedişli forması və şəkərli diabet diaqnozu qoyulub. Pasiyent saat 13:30 radələrində tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Aparılan kompleks tibbi müdaxilələrə baxmayaraq, pasiyentdə 17.07.2023-cü il tarixində saat 23:50 radələrində bioloji ölüm qeydə alınıb”.

 

***
Azərbaycan Tibb Universitetinin tələbəsi vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika Fakültəsi, IV kurs, 119A9b qrup tələbəsi Rzayeva Gülçin Elşən qızı vəfat edib.