ATV-nin efir proqramına daha bir yeni layihə daxil olub.
Yenicag.az xəbər verir ki, yeni layihə “El Canlı” adlanır.
Məşhur aktyor Elcan Rəsulovun aparıcılığı ilə baş tutacaq bu layihə əyləncəli, bir-birindən maraqlı oyunlar, məşhur qonaqlarla zarafatlar və sürpriz dolu rubrikaları ilə tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, “EL Canlı” layihəsi həftə içi 5 gün saat 22:30-da yayımlanacaq.
Proqramın ilk buraxılışı 15 may tarixində efirə gedəcək.
Ətraflı video görüntüdə: