ATV-dən MTRŞ-nın xəbərdarlığına REAKSİYA

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

İclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. ATV telekanalında həftə içi saat 10:00-12:00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.

Yenicag.az ATV rəsmiləri ilə əlaqə saxlayıb.

Telekanal rəsmisi saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“MTRŞ-nın bizə olan iradını haqlı qəbul edirik. Baş verən hadisəyə və yol verilən qüsura görə telekanal rəhbərliyi tərəfindən tədbirlər görülücək”.

Cəvahir

COP29