ATV əməkdaşları qəza keçirdi – Maşın kanala düşdü

berde-rayonunda-avtomobil-kanala-dusub-3-nefer-olub-0ATV kanalının əməkdaşları yol qəzasına düşüb.

Hadisə Bərdə rayonunun Mirzalıbəyli kəndində qeydə alınıb. Jurnalistlərin olduğu avtomobilin sürücüsü Qarabağ su kanalının sözügedən kənddən keçən hissəsində dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə avtomobil kanala düşüb. Hadisə nəticəsində ATV-nin xanım əməkdaşı yaralanıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.