“Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki , ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı “Unikal.org”a təsdiqləyib.
Bununla belə, digər müxbir Heydər Məmmədov da “Atletlər kəndi”ndə karantinə alınıb.