“Volkswagen Group Rus” şirkəti Rusiyada 6,7 minə yaxın “Audi” markalı avtomobili geri çağırıb.
Yenicag.az-ın məlumatına görə, qərar soyuducu maye nasosunda qeydə alınan qüsurlarla əlaqədardır.
Məlumatda qeyd olunur ki, bu qüsur bəzi hallarda qurğuların əriməsinə səbəb ola bilər.
Qeyd edək ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q6 modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək./Trend/