Almaniyanın “Audi” avtomobil istehsalçısı Cenevrədəki avtosalonda “Audi Q4 e-tron” elektromobilinin konseptini təqdim edib.
Yenicag.az xəbər verir ki, 4 qapılı krossover 306 at gücündə olan iki elektrik mühərriki ilə təchiz olunub. Avtomobil 6.3 saniyəyə saatda 100 km sürət yığmağa qadirdir. Maksimum sürət 180 km/s-dır.
Elektromobilin uzunluğu 4.59, eni 1.90, hündürlüyü isə 1.61 m-dir.
Modelin debütü 2020-ci ilin sonuna planlaşdırılıb, lakin satışlara artıq başlanıb. İlk avtomobillər bu ayın sonunadək alıcılarda olacaq./Trend/