“Autizm spektr pozuntusu diaqnostikası və əsas yanaşmalar” mövzusunda təlim keçiriləcək

Tanınmış psixoloq Səlmi Əkbərova “Autizm spektr pozuntusu diaqnostikası və əsas yanaşmalar” mövzusunda təlim keçəcək.

Təlim dekabrın 4-ü, saat 11:00-da Nizami Kinoteatrında baş tutacaq.

Proqrama daxildir:

1. Autizmli uşaqlar və onların əsas simptomatikası
2. ASP diaqnostikası və onun mərhələləri
3. 16-30 aylıq uşaqlarda autizmin aşkarlanması üçün test – M-CHAT testi
4. 2-6 yaş arası autizmi təyin etmək üçün test – CARS testi
5. 6-16 yaş arası uşaqlarda autizmin aşkarlanması üçün test – ASSQ skrininq testi (Autism Spectrum Screening Questionare)
6. Autizmin oxşar patologiyalardan fərqləndirilməsi- Şizofreniya, Demensiya, Əqli gerilik, Hiperaktivlik, Pedaqoji geriləmələr.
7. Diaqnostik müayinə metodları.
8. Medikamentoz korreksiya işinin istiqamətləri.
9. Qeyri-medikamentoz korreksiya işinin istiqamətləri.
10. Autizm zamanı korreksiya metodları.

İştirakçılara rəsmi sertifikatlar və materiallar təqdim olunacaqdır.

Qeydiyyat üçün: +994702372227

İnformasiya dəstəyi Yenicag.Az saytına məxsusdur.