!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aviabiletlər ucuzlaşa bilər - VİDEO

!Reklam – Yazi

Daxili turizm sahəsində qiymət artımına nəzarət edə bilmərik. Çünki bazar iqtisadiyyatında hər şey tələb və təkliflə tənzimlənir. Bu, bizim səlahiyyətimizdə deyil.

Yenicag.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O ümid etdiyini bildirib ki, xidmət bazasını artırmaqla qiymətlər də tənzimlənəcək. Turizm Bürosunun rəhbəri onu da qeyd edib ki, beynəlxalq aviareyslərin qiymətləri ilə bağlı məsələ yaxın vaxtlarda həllini tapacaq.

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə deyib ki, pandemiyanın mənfi təsirləri nəticəsində dünya turizm sahəsində 73 faiz azalma olub. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirib. Artıq sərhədlər açılır və ümid var ki, Azərbaycana gələn turistlərin sayı artacaq.

Qurum rəsmisi əlavə edib ki, yaxın gələcəkdə Ağdam və Füzulinin turizm potensialının qiymətləndirilməsi konsepsiyaları hazırlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv