Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aviauçuşlar üçün COVID-19 pasportu - Yeni tələb

“Bəzi ölkələr COVİD-19 pasportu tələb edəcəyi ilə bağlı məlumat verib”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.

Arif Məmmədova görə, pandemiya dövründə uçuşlarla bağlı bir sıra qaydalar qəbul olunub:

“Mayın 27-də COVID-19 pandemiyası dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar hazırlanıb. Artıq bir sıra ölkələrdə “COVID-19″ pasportunun olacağı qeyd edilib. Lakin sərnişinləri karantinə götürəcək dövlətlərdə bu karantinin kimin hesabına olacağı bəlli deyil”.

Gülşən Şərif

www.yenicag.az

1263