Bakıda bir qadın 202 nəfərə 498175 manat zərər vurub.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
Bildirilib ki, “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova vətəndaşların viza məsələlərini həll edəcəyi ilə bağlı yalan vədlər verib.
Qadın həbs edilib.
Polis bu barədə istintaqa başlayıb.
Qeyd edək ki, “Avion Travel” 2017-ci ildən fəaliyyət göstərir. Bundan əvvəl MMC haqqında bir sıra şikayətlər var idi.