!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avirtel”dən Apple sevərlərə daha bir xoş xəbər

!Reklam – Yazi

1477290709_avirstoreAmerika telekomunikasiya şirkətinin filiali olan “Avirtel” keyfiyyətli xidmət prinsipini əsas tutaraq Azəraycan müştərilərinə İKT xidmətləri göstərməkdədir. Şirkət bu prinsipə sadiq qalaraq yeni layihəyə imza atdi. Belə ki, Avirtel şirkəti Apple satış və servis mərkəzi olan “AvirStore”mağazasını Apple sevərlərin ixtiyarina verdi.

“Avirstore” Apple məhsullarının satışı ilə yanaşı, genişçeşidli xidmətlər təklif edir. Apple məhsullarının satışı və dəstəyi üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər müştərilərə mükəmmək xidmət göstərmək üçün daim hazırdırlar.

“Avirtel” artıq 16 ildir ki, yerli bazarda peşəkar İKT xidmətləri göstərir.

Xidmət çeşidlərinə, yüksək sürətli İnternet, İPTV, Toll Free, Zəng mərkəzlərinin qurulması, İKT məsləhətçilik və outsourcing xidmətləri və s. daxildir. Şirkət Amerikanın bir sıra nüfuzlu brendlərinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

Bunu açılış mərasiminin fəxri qonağı – Amerika Birləşmiş Ştatların ölkəmizdəki səfiri – cənab Robert Sekuta öz çıxışında xüsusi olaraq vurğulamışdır.

Mərasimin fəxri qonağı olan cənab Sekuta şirkətin prezidenti cənab İsmayıl Şabani ilə birgə Apple Premium Reseller standartına uyğun dizayn olunmuş mağazanın açılış lentini kəsərək məhsul və xidmətlər ilə yaxından tanış olmuş və “AvirStore”-a gələcək işlərində uğurlar arzu etmişdir.

Cənab Sekuta həmçinin Avirtel-in bir Amerika şirkəti olaraq Azərbaycanla Amerika işgüzar münasibətlərinin formalaşmasında oynadığı əhəmiyyətli rola görə şirkət rəhbərliyinə təşəkkürünü bildirdi.

“AvirtStore” Apple sevərlərə, almazdan əvvəl sınaqdan keçirtmək üçün iPhone, iPad, Mac, Apple watch məhsullarını və geniş aksessuar çeşidlərini təklif edir. Mağazada müştərilərin məhsuldan maksimum yararlanması üçün ödənişsiz məsləhət verən yüksək təcrübəli mütəxəssislər çalışır. Yeni mağazada müştərilər ödənişsiz wife xidməti, habelə “Genius Bar”-da yerində ödənişsiz dəstək və məsləhətlər ala biləcəklər.

“AvirStore”-da təcrübəli satış personalı Apple şirkətinin iPhone 7 və 7 plus-da daxil olmaqla ən son məhsulları haqqında müştəriləri məlumatlandırırlar. Eyni zamanda mağazada müştərilər bütün məhsulları sınaqdan keçirtmək fürsəti əldə edirlər.

Qeyd edək ki, “AvirStore”-un peşəkar Apple mütəxəssisləri satışdan sonrakı dəstək və servis çərçivəsində yaranan bütün növ problemləri qısa zaman ərzində zəmanətlə həll etməyə kömək edəcəkdir.

“AvirStore” İstəyə uyğun satış və dəstək xidmətləri təklif edir.

Biznes üçün Apple

Təhsil üçün Apple

VİP və eksklüzuv Apple məhsulları

Yenilənmiş Apple məhsulları

“Avirtel” mağazanın açılışı çərçivəsində “applemarket.az” adlı yeni layihəyə də start verildi. Bu layihənin məqsədi Apple markasının azərbaycanlı sevənləri üçün sevimli markaları haqqında ən son məlumatları bu sahədə ixtisaslaşmış onlayn resurs vasitəsilə öz doğma dillərində əldə etmək, habeləApple biliciləri ilə fikir mübadiləsi apararaq onları maraqlandıran suallara cavab tapmaqlarına yardımçı olacaq mərkəzləşmiş bir platforma qurmaqdır.iCihazlardan daha effektiv istifadə məqsədiləapplemarket.az veb səhifəsində və eyni adlı facebook hesabında “AvirStore” mütəxəssisləri azərbaycan dilində maraqlı və faydalı məlumatlar paylaşırlar. Bunlarla yanaşı applemarket.az veb-səhifəsində Apple cihazlarının alqı-satqı və ya mübadiləsini həyata keçirə bilərsiniz.
Burada köhnə iCihazınızı ən münasib şərtlərlə sataraq, xəyalınızdaki yeni iCihaza daha tez qovuşa bilərsiniz.

Bu sahədə ixtisaslaşmlş peşəkar mütəxəssislər cihazı ən qısa zamanda qiymətləndirərək onu lazımı müştəri kateqoriyasına yönləndirəcəklər.

Hər gun səhər 10-dan axsam 8-e qeder Məmməd Araz 50c ünvanında fəaliyyət göstərən “AvirStore” mükəmməl xidmət və məkan yerləşməsinə görə azərbaycanlı Apple sevərlərin və qonaqların diqqətini cəlb edəcəkdir.

Daha ətraflı məlumat üçün 24/7 fəaliyyət göstərən 176 (ext 262) qaynar xətti və ya [email protected] əlaqə saxlaya bilərsiniz.

www.yenicag.az

1343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv