Avqustda Azərbaycanda gündəlik 554 min barrel xam neft hasil edildi

2022-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barrel olub.

Energetika Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bunun 554 min barrelini xam neft, 87 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 30-cu iclasında qəbul edilmiş qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barrelə çatdırılmasını nəzərdə tuturdu.