Avqustda gəldi, dekabrda getdi

“Səbail” klubu futbolçusu Edqar Paçeko ilə yollarını ayırıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Paçeko bu ilin avqustunda “Səbail”ə transfer olunmuşdu.