Avqustda uçota alınmış sığortaolunanların sayı açıqlandı

Cari ilin avqust ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, bu sayb18,2 min nəfər və ya 0,39 faiz artıb.

Qeyd edilib ki, 2022-ci ilin 1 sentyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4,74 milyon nəfər təşkil edib.