!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avqustun 3-də Ukrayna taxılını daşıyan gəmi Türkiyə sularına daxil olacaq

!Reklam – Yazi

Ukraynadan taxıl daşıyan 16 quru yük gəmisindən ibarət ilk karvan avqustun 3-də Türkiyənin ərazi sularına çatacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Karvan yola çıxdığı andan etibarən pilotsuz uçuş aparatları vasitəsilə müşayiət olunacaq. Bundan əlavə, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər.

Qeyd olunur ki, Ankaranın təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər Somali sahillərinə doğru yola düşəcək.

Bundan əvvəl Türkiyənin Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracının təşkili üzrə texniki işlərin başa çatdığını və bunun qısa müddətdə başlaması planlaşdırıldığını açıqlayıb.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv