Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avqustun 5-dən sonra çimərliklər açıla bilər

Dəniz kənarında yaşayıb, dənizə getməyən insanların narazılığını başa düşürəm.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Biz çimərliklərin bu gün açılmasına hazır deyilik. Biz narahatıq ki, əldə etdiyimiz həssas nailiyyəti tez zamanda itirə bilərik.

Çimərliyə gəldikdə orada məsafə saxlamaq mümkün deyil. İkinci risk isə insanlar gəldikdə müəyyən yerdən yemək alırlar və ümumi olduğu üçün yoluxma artır. Eyni zamanda çimərliyə eyni ərazidən yox, müxtəlif rayonlarından gəlirlər. Bu da yoluxmaların artması deməkdir. Biz avqustun 5-dən sonra çimərliklərə gedişi bərpa edə bilərik”.

Şahmar Mövsümov əlavə edib ki, bir çox insanlar qanunları pozaraq Bakıdan rayonlara gedərək kəskin yoluxma sayının artmasına səbəb olublar: “Buna görə də səbr edib, yoluxmaların sayını idarə olunan səviyyəyə gətirək. Biz buna nail olduqca sarı zonadan yaşıl zonaya keçə bilərik. Rayonlara gediş gəlişi bərpa etməklə əldə etdiyimiz nailiyyəti itirəcəyik. Mən də bunu istəyirəm, amma bir az da səbr edək. Yoluxmalar nəzarət altına alınan kimi ilk addımlardan biri bu olacaq”.

www.yenicag.az

1690