!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avqustun 8-dən Bakı metrosu vahid kart sisteminə keçir

!Reklam – Yazi

dc9fccacdd44f46568acea4e17f2209eBakı metrosunda sentyabrın 30-dan etibarən “Metrokart”ın istifadəsi dayandırılacaq

Bu gün “Bakı Metropoliteni” QSC-də Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı olan “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartların təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, “Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib ki, avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılacaq.

Onun sözlərinə görə, ilkin mərhələdə “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarından “BakuBus”MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarda quraşdırılmış yeni terminallardan əldə etmək olar.

“BakıKart”ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

“BakıKart Məhdud istifadə üçün” kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.

“Metrokart”ın yeni karta inteqrasiya qaydalarına gəlincə C.Əliyev deyib ki, avqustun 15-dək “Metrokart”ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq. Qeyd olunan tarixdən sonra bu mümkün olmayacaq. Üstəlik, “Metrokart”ı “Bakıkart” ilə dəyişdirmək mümkün olmayacaq. “Metrokart”dan 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: “Metrokart”ın girov dəyəri “Metrokart”a gediş haqqı olaraq yüklənir. “Metrokart”ın balansı sıfır olduqda atılır və yeni “Bakıkart” alınaraq istifadə olunur. “Metrokart”ın girov dəyəri və balansında olan məbləğ “BakıKart”a köçürülərək istifadə edilir.

“Metrokart”ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. “Metrokart”ın girov dəyəri və balansında olan məbləğ “BakıKart”a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə “Bakıkart”ı alıb istifadədə olan “Metrokart”ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd “Metrokart”ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd “Bakıkart”a transfer etmək mümkündür.

Avqustun 15-dən sentyabrın 30-dək “Metrokart”ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə “Metrokart” və “Bakıkart”ın birgə istifadəsi həyata keçiriləcək. Sentyabrın 30-dan etibarən “Metrokart”ın istifadəsi dayandırılacaq.

Qeyd edək ki, yeni kartları Türkiyə şirkəti istehsal edib. (apa)

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv