Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avrasiya formunda qalmaqal olub

tatristanTatarıstanın paytaxtı Kazan şəhərində “Avrasiyaya inteqrasiya: nailiyyətlər və problemlər” adlı II İctimai Forum keçirilir.

Forum Rusiya Dövlət Dumasının Avropa klubu nəzdindəki “Avrasiya dialoqu” təşkilatının təşəbbüsü, “Rossotrudniçestvo” Federal Agentliyinin və Tatarıstan hökumətinin dəstəyi ilə keçirilir.

Azərbaycan Milli Məclisinin üzvləri Rauf Əliyev və Aydın Mirzəzadə də Rusiyanın hakim Vahid Rusiya Partiyasının dəvəti ilə həmin foruma qatılıblar.

Gözləntilərin əksinə olaraq azərbaycanlı deputatlar Ermənistanla işğal olunmuş Dağlıq Qarabağ arasında gömrük postlarının qoyulması məsələsini qaldırmayıblar. Bunun əvəzində tədbirdə başqa bir siyasi qalmaqal yaşanıb. Belə ki, forumun sessiyasında Avrasiya İttifaqı barədə videoçarx nümayiş olunub və yeni postsovet iqtisadi birliyinin xəritəsi göstərilib.

Qonşu dövlətlər, o cümlədən Azərbaycan da xəritədə göstərilib. Amma Qarabağ nədənsə Azərbaycanın tərkib hissəsi kimi təqdim edilməyib. Yəni Azərbaycan həmin siyasi xəritəyə işğaldakı torpaqlar nəzərə alınmadan salınıb. Doğrudur, amma Qarabağ heç Ermənistanın da xəritəsinə salınmayıb.

Tədbirin təşkilatçıları, yəni Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin hökumət nümayəndələri tərəfindən hazırlanaraq forum iştirakçılarına təqdim edilən bu yeni siyasi xəritə Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olub.

Deputat Aydın Mirzəzadə sessiyada çıxış edərək deyib ki, o, yeni ittifaqa daxil olan ölkələrin vətəndaşlarının 2015-ci ilin yanvarından etibarən Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə Azərbaycanın icazəsi olmadan səfər etməyə başlayacaqlarından ehtiyatlanır.

Forumun təşkilatçılarının, o cümlədən Tatarıstan hakimiyyətinin bu hadisəyə münasibəti isə özünəməxsus və qeyri-adi olub. Onlar Qarabağın xəritədə Azərbaycanın tərkibindən çıxarılmasına heç cür ağlabatan izah verə bilməyib və Azərbaycan tərəfinə bu xəritədə korrektələr etməyi məsləhət görüblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi, deputat Fırat Səidin forumdakı çıxışı da yaddaqalan olub. Türkiyəli deputat AKP-nin adından bir daha bəyan edib ki, rəsmi Ankara uydurma “erməni genosidi”ni tanımır və tanımayacaq, Türkiyə bu məsələni yalnız sadəcə elmi-tarixi aspektdən müzakirə etməyə hazırdır.

F.Səid Rusiyanı Krımın ilhaqına görə də ittiham edib. Türkiyəli deputat daha sonra Qarabağ məsələsinə toxunaraq Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsi tələbini irəli sürüb.

Forum öz işini sabah başa çatdıracaq.

(avrasiya.net)

Loading...

www.yenicag.az

441