“Avro-2016″da Portuqaliya – Fransa finalı

germany_france_5Fransada keçirilən Avropa Çempionatında ikinci finalçı bəlli olub.

Finala çıxmaq uğrunda Almaniya ilə Fransa milliləri üz-üzə gəlib.

Meydan sahibləri Almaniya qarşısında tarixi qələbəyə imza ataraq Avropa Çempionatının finalına yüksələ bilib. Qarşılaşma Fransa millisinin 2:0 qələbəsi ilə başa çatıb.

Beləliklə, finalda Fransa və Portuqaliya milliləri qarşılaşacaq. Almaniya və Uels yığmaları üçüncü yer uğrunda mübarizə aparacaqlar.