!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Avro-2016”nın finalına ən ucuz biletin qiyməti – 1310 avro

!Reklam – Yazi

zxcxzcz2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına biletlərin qiyməti açıqlanıb.

Turnirin qrup mərhələsinə biletlərin qiyməti stadiona və tribunadakı yerlərə müvafiq olaraq 235 avrodan 11750 avroya qədərdir. “Stade de France” stadionunda keçiriləcək final oyununa isə ən ucuz bilet 1310 avro, ən bahalı bilet isə 20590 avrodur.

Xatırladaq ki, dünən final mərhələsində iştirak edəcək 20 komandanın adı bəlli olub. 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatına Fransa, İngiltərə, İspaniya, Portuqaliya, Almaniya, İtaliya, Belçika, İsveçrə, Avstriya, Xorvatiya, Rusiya, Çexiya, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, İslandiya, Şimali İrlandiya, Uels və Albaniya yığma komandaları vəsiqə qazanıb.

Həmçinin turnirdə iştirak etmək üçün Ukrayna, İsveç, Bosniya, Macarıstan, Danimarka, Norveç, İrlandiya və Sloveniya biri-biri ilə mübarizə aparacaq(Azərtac).

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv