Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun son görüşləri keçiriləcək.
Yenicag.az-ın məlumatına görə, turun üçüncü oyun günündə 4 qrupda 10 qarşılaşma nəzərdə tutulub.
E qrupunda Azərbaycan yığması Uelsi, Xorvatiya Slovakiyanı qəbul edəcək. Uelsə şansını qorumaq üçün mütləq qələbə lazımdır. Xorvatiyaya isə final mərhələsi üçün heç-heçə də kifayətdir.
C qrupunda Almaniya Belarusu qəbul edəcək, Niderland isə Şimali İrlandiyanın qonağı olacaq. Niderland qələbə sayəsində final mərhələsinə yüksələcək. Bu, Almaniyanın da işinə yaraya bilər. Bundestim də qalib gələrək qrupun taleyini həll edə bilər.
G qrupunda mərhələni öncədən təmin etmiş Polşa İsrailin qonağı olacaq. Avstriya isə Şimali Makedoniyanı qəbul edəcək. Meydan sahibləri AVRO-2020-yə vəsiqənin taleyini bu mərhələdə həll etmək ixtiyarındadırlar. Qrupun digər görüşündə hələ nəzəri şanslarını qoruyan Sloveniya xalı olmayan Latviya ilə üz-üzə gələcək.
I qrupunda AVRO-2020-yə vəsiqə qazanmış Rusiya və Belçika ilk pillə uğrunda savaşacaq. “Qırmızı şeytanlar” uduzsa, qrupda ilk xal itkisi ilə üzləşəcək. Qazaxıstan hələ xalı olmayan San-Marinonun, Şotlandiya Kiprin qonağı olacaq.
AVRO-2020
Seçmə mərhələ, IX tur
16 noyabr
C qrupu
23:45. Almaniya – Belarus
23:45. Şimali İrlandiya – Niderland
Xal durumu: Hollandiya – 15 xal (6 oyuna), Almaniya – 15 (6), Şimali İrlandiya – 12 (6), Belarus – 4 (7), Estoniya – 1 (7).
E qrupu
21:00. Azərbaycan – Uels
23:45. Xorvatiya – Slovakiya
Xal durumu: Xorvatiya – 14 xal (7 oyuna), Macarıstan – 12 (7), Slovakiya – 10 (6), Uels – 8 (6), Azərbaycan – 1 (6).
G qrupu
21:00. Sloveniya – Latviya
23:45. Avstriya – Şimali Makedoniya
23:45. İsrail – Polşa
Xal durumu: Polşa – 19 xal (8 oyuna), Avstriya – 16 (8), Şimali Makedoniya – 11 (8), Sloveniya – 11 (8), İsrail – 11 (8), Latviya – 0 (8).
I qrupu
18:00. Kipr – Şotlandiya
21:00. Rusiya – Belçika
21:00. San Marino – Qazaxıstan
Xal durumu: Belçika – 24 xal (8 oyuna), Rusiya – 21 (8), Kipr – 10 (8), Şotlandiya – 9 (8), Qazaxıstan – 7 (8), San Marino – 0 (8)./Report/