AVRO-2020: İngiltərə Xorvatiyaya qalib gəldi – YENİLƏNDİ

D qrupunun ilk matçında İngiltərə Xorvatiyaya qalib gəlib. Bununla da ingilislər üç il əvvəl Rusiyada keçirilmiş dünya çempionatının yarımfinalında onların qarşısını kəsmiş Xorvatiyadan qisasını alıb.

***

57-ci dəqiqədə Kalvin Filipsin ötürməsi ilə “Mançester Siti” ilə İngiltərə çempionu olmuş Rahim Sterlinq hesabı açdı. İngiltərə 1:0 qalib gəlir.

***

Matçda hazırda ikinci hissə gedir. Hələ ki qolsuzluq davam edir.

***

İngiltərə öz meydanında son dünya çempionatının finalçısı Xorvatiyaya qarşı görüşə başlayıb.

***
Azərbaycanın da ev sahiblərindən biri olduğu Avro-2020-nin oyunları davam edir.

Yenicag.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.

Günün ilk oyununda İngiltərə Londonda, məşhur “Uembli” stadionunda Xorvatiyanı qəbul edəcək.

Qrupun iki favoritinin qarşılaşacağı oyunda artıq start heyətləri açıqlanıb.

İngiltərə: Pikford; Uolker, Stons, Minqs, Trippyer; Fillips, Rayz; Sterlinq, Maunt, Foden; Keyn.

Xorvatiya: Livakoviç; Vrsalyko, Vida, Kaleta-Kar, Qvardiol; Brozoviç, Kovaçiç, Modriç; Perisiç, Kramariç, Rebiç

Qeyd edək ki, görüş saat 17:00-da start götürəcək.