AVRO-2020: İtaliya qrup birincisi oldu – YENİLƏNDİ

AVRO-2020-nin A qrupunda oyunlara yekun vurulub.

Bakıda keçirilən oyunda İsveçrəyə uduzan Türkiyə yığması yarışı 0 xalla sonuncu pillədə başa vurub.

İsveçrə yığması isə üçüncü olub.

Paralel keçirilən oyunda isə birinci və ikinci yerin sahibləri qarşılaşıb. İtaliya qrup liderliyini 1:0 hesablı qələbə ilə daha möhkəmləndirib. Uels isə məğlubiyyətə baxmayaraq, qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

***

Türkiyənin İsveçrə qarşısında qol sevinci cəmi 6 dəqiqə çəkib.

Belə ki, 68-ci dəqiqədə İsveçrənin hücumameyilli oyunçusu Cerdan Şakiri özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq hesab arasındakı fərqi yenidən iki topa çatdırıb.

Paralel keçən İtaliya – Uels matçında isə meyan sahibləri öndədir – 1:0.

21:22

Bakıda keçirilən AVRO-2020 oyununda İsveçrə ilə qarşılaşan Türkiyə millisi fərqi azaldıb.

“Ay-ulduzlular”ın heyətində 62-ci dəqiqədə İrfan Can Kahveçi fərqlənib.

O, cərimə meydançasından kənardan vurduğu möhtəşəm zərbə ilə komandasına ümid verib.

Paralel keçən İtaliya – Uels matçında isə meyan sahibləri öndədir – 1:0.

21:10

İtaliya – Uels və İsveçrə – Türkiyə oyunlarında ikinci hissə başlayıb.

***

Romada keçirilən İtaliya – Uels və Bakıda baş tutan İsveçrə – Türkiyə oyunlarında ilk hissələr başa çatıb.

Birinci oyunda İtaliya, ikincidə isə İsveçrə hissəni öndə başa vurub.

Hesablar uyğun olaraq 1:0 və 2:0-dır.

***

Romada keçirilən İtaliya – Uels oyununda hesab açılıb.

Qarşılaşmanın 39-cu dəqiqəsində Pessina meydan sahiblərini hesabda irəli çıxarıb.

Paralel keçən və Bakıda oynanılan digər matçda isə İsveçrə Türkiyə üzərində üstündür – 2:0.
***
İsveçrə – Türkiyə oyununda ikinci qol vurulub.

Bakı Olimpiya Stadionunda keçirilən matçın 26-cı dəqiqəsində Cerdan Şakiri fərqi iki topa çatdırıb.

Paralel keçən İtaliya – Uels oyununda isə hesab açılmayıb.
***

İsveçrə – Türkiyə oyununda hesab açılıb.

İsveçrə yığmasının hücumçusu Haris Seferoviç matçın 6-cı dəqiqəsində komandasını önə çıxarıb.

Paralel keçən İtaliya – Uels oyununda isə hesab açılmayıb.
***

AVRO-2020-nin A qrupu çərçivəsində baş tutacaq son iki oyuna start verilib.

İtaliya öz meydanında Uelsi qəbul edir, Türkiyə isə Bakıda İsveçrə ilə qarşılaşır.

Oyunlarda hesab açılmayıb.
***

Bu gün Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-nin A qrupunda son oyunlar keçiriləcək.

Sonxeber.az xəbər verir ki, qardaş Türkiyə komandası qrupdan çıxmaq üçün cüzi şansını saxlamaq üçün Bakı Olimpiya Stadionunda İsveçrə millisinə qalib gəlməyə çalışacaq.

Qrup lideri İtaliya isə Romada Uelsi qəbul edəcək.

Hər iki oyun eyni saatda – 20:00-da start götürəcək.

Artıq hər iki qarşılaşmada start heyətləri açıqlanıb.

Türkiyə – İsveçrə matçında tərəflər aşağıdakı heyətlərlə oyuna başlayacaqlar:

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 14. Stiven Tsuber, 23. Cerdan Şakiri

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür

İtaliya – Uels qarşılaşmasında isə aşağıdakı futbolçular ilk dəqiqədən etibarən meydanda olacaqlar:

İtaliya: Donnarumma; Toloi, Bonuççi, Bastoni, Emerson; Verratti, Jorjinyo, Pessina; Bernardeski, Kyeza, Belotti

Uels: Uard; Roberts, Qunter, Rodon, Ampadu, N. Uilliams; Morrell, Allen; Beyl, Remzi, Ceyms