Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

AVRO-2020-nin ev sahibləri dəqiqləşdi - QƏRAR/YENİLƏNDİ

Reklam: Sinerji Pro

Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib.

Trend-in məlumatına görə, bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Belə ki, UEFA qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Qeyd edək ki, pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

“Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

***

AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib.

Yenicag.az “Sky Sports”a istinadən məlumat verir ki, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

UEFA qitə birinciliyinin keçiriləcəyi 12 şəhəri təsdiqləyib.

Koronavirus pandemiyası səbəbindən gələn ilə ertələnən turnirin oyunları – Roma, Bakı, Kopenhagen, Münhen, London, Dublin, Amsterdam, Buxarest, Sankt-Petreburq, Qlazqo, Bilbao və Budapeştdə baş tutacaq. UEFA İcraiyyə Komitəsi bu gün keçiriləcək iclasdan sonra bununla bağlı məlumat yayacaq.

Qeyd edək ki, AVRO-2020-nin matçları 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.

www.yenicag.az

307