!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

AVRO-2020-nin ikinci oyunu - Kimlər qarşılaşır?

Reklam: High Technic

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun 3 matçının Bakıda keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

www.yenicag.az

260
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100