!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AVRO-2024: Avstriya - Azərbaycan oyununda beşinci qol vuruldu

!Reklam – Yazi

Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Meydan sahibləri 4-cü dəfə fərqləniblər.

69-cu dəqiqədə Kristof Baumqartner adını tabloya yazdırıb.

Avstriya seçməsi hazırda 4:1 hesabı ilə öndədir.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

Azərbaycan yığması hesab arasındakı fərqi azaldıb.

64-cü dəqiqədə Emin Mahmudov topu rəqib qapısından keçirib.

Avstriya seçməsi hazırda 3:1 hesabı ilə öndədir.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

Meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar.

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ikinci hissə başlayıb. 

Meydan sahibləri hazırda öndədirlər – 2:0

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ilk hissə başa çatıb. 

Meydan sahibləri fasiləyə öndə yollanıblar – 2:0.

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda iki qol vurulub.  

Meydan sahibləri 28 və 29-cu dəqiqələrdə fərqləniblər.

Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan yığmasını mərkəzə dəvət edib.

Avstriya seçməsi hazırda 2:0 hesabı ilə öndədir.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb. 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***

Avro-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner

Baş məşqçi: Ralf Ranqnik

Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv