“Avro-2024” bu ölkədə keçiriləcək – Qərar açıqlandı

09:45

2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Yenicag.az xəbər verir ki, sözügedən turnir 6 il sonra Almaniyada keçiriləcək.

Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra verilib. Qərarı qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.

Xatırladaq ki, Avro-2024-ə ev sahibliyi etməyə Türkiyə və Almaniya namizədliyini vermişdi.