Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanan milli komandaların baza düşərgələri təsdiqlənib.
Yenicag.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, final mərhələsində iştirakı dəqiqləşən 21 ölkə yığmasının Almaniyanın hansı bölgəsində hazırlaşacağı bəlli olub.
F qrupunda mübarizə aparacaq Türkiyə yığması Barzinqhauzen şəhərində məskunlaşacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin açılış matçı ev sahib komanda ilə Şotlandiya arasında oynanılacaq.
Digər komandaların baza düşərgələri aşağıdakı kimidir:
Albaniya – Kamen
Avstriya – Berlin
Belçika – Lüdviqsburq
Xorvatiya – Noyruppin
Çexiya – Norderştedt
Danimarka – Froydenştadt
İngiltərə – Blankenhayn
Fransa – Paderborn
Almaniya – Hertsogenaurax
Macarıstan – Vayler-Zimmerberq
İtaliya – İzerlon
Hollandiya – Volfsburq
Portuqaliya – Xarzevinkel
Rumıniya – Vürtsburq
Şotlandiya – Qarmiş-Partenkirhen
Serbiya – Auqsburq
Slovakiya – Maynts
Sloveniya – Vuppertal
İspaniya – Donaueşingen
İsveçrə – Ştutqart
Türkiyə – Barzinqhauzen.