AVRO-2024: Türkiyə millisi qələbə qazandı – YENİLƏNDİ

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Yenicag.az xəbər verir ki, Leyptsiqdəki “Red Bull Arena”da “ay-ulduzlular” qələbə qazanıb – 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.

Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

***00:38

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə üçüncü qol vurulub.

Yenicag.az xəbər verir ki, Leyptsiqdəki “Red Bull Arena”da Avstriya millisi buraxılan qollardan birinin əvəzini çıxıb – 2:1.

66-cı dəqiqədə Mixael Qreqoriç adını tabloya yazdırıb.

***23:08

Avstriya və Türkiyə milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının 1/8 final matçına start verilib.

Yenicag.az xəbər verir ki, qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçirilir.

Matçı Artur Soareş Diasın (Portuqaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

COP29