Almaniyada təşkil olunan Avropa çempionatının final matçını idarə edəcək hakim müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İspaniya və İngiltərə komandaları arasında görüş fransalı Fransua Leteksyeyə tapşırılıb.
Qeyd edək ki, iyulun 14-də Berlində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.