!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avro bölgəsindəki inflyasiya artımı davam edəcək - PROQNOZ

!Reklam – Yazi

Avropa Mərkəzi Bankının (AMB) avro bölgəsindəki inflyasiya artımı davam edəcək.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, bununla bağlı “Goldman Sachs” iqtisadçıları məlumat veriblər.

Belə ki, qarşıdan gələn iki il ərzində 75 baz bənd faiz artımı gözlənilir.

İqtisadçılara görə, dördüncü rübdə inflyasiyanın yüksəlməsi faiz artım tempinin aşağı salınmasını çətinləşdirəcək.

“Siyasət daha məhdudlaşdırıcı olduqca, inflyasiya rəqəmləri sabitləşdikcə və avro bölgəsində tənəzzül göründükcə 50 baza bəndi artım ola bilər. Terminal faiz dərəcəsi üçün təxminimiz 2,75 faizdir”, – deyə iqtisadçılar qeyd ediblər.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı son iki iclasında faiz dərəcələrini 125 bənd artırıb. Bank bu ay siyasət faizində 75 bazalıq “tarixi faiz artımı” edib. Pul bazarlarında hazırda 0,75 faiz olan depozit faizinin oktyabr ayında 75 baza bəndi artacağı və ilin sonunda 2 faizi keçəcəyi gözlənilir.

Gülşən

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv