Avro zonasında artım gözlənilir

Bu il avro bölgəsində ümumi daxili məhsul 0,3 faiz arta bilər.

Yenicag.az “reuters”ə istinadən bildirir ki, bununla bağlı Avropa İttifaqının (Aİ) statistika agentliyi olan “Eurostat” məlumat yayıb.

Məlumata görə, avrozona ÜDM-də 0,2 faiz artım olub. İqtisadçılara görə, avro bölgəsində ümumi daxili məhsulun ilin üçüncü rübündə bir əvvəlki rüblə müqayisədə 0,3 faiz artacağı proqnozlaşdırılır.

İllik əsasda isə ÜDM 2,3 faiz artıb.

Gülşən