Avrokubok oyunlarında 1 dəqiqəlik sükut – Dünyanı yasa qərq edən futbolçuya görə

UEFA bu həftə keçiriləcək Çempionlar Liqası və Avropa Liqasının bütün matçlarının bir dəqiqəlik sükutla başlanmasına qərar verib.

Yenicag.az xəbər verir ki, buna İtaliyanın “Fiorentina” klubunun kapitanı Davide Astorinin ötən gün qəfil ölümü səbəb olub. Qitə futbol qurumu İtaliya yığmasının üzvünün avrokubok matçlarında anılmasını məqsəduyğun hesab edib.

Qeyd edək ki, Astori ötən gün komandanın məskunlaşdığı oteldə ölmüş vəziyyətdə tapılıb. Yuxudan ayılmayan futbolçunun ürəyinin dayandığı ehtimal edilir.

COP29