Avrokuboklara qatılacaq klublarımıza məşq icazəsi verildi

2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar məşq üçün icazə verilib.

Bu barədə Yenicag.az-a “Neftçi”nin Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi bütün klubları məlumatlandırıb. Komandalar sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə avrokuboklara hazırlaşa biləcəklər.

“Neftçi” rəsmisi Qəbələdə hazırlıq keçmək istədiklərini əlavə edib.

Qeyd edək ki, yeni mövsümdən “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında iştirak edəcək.