Avrokuboklarda HAKİM ƏDALƏTSİZLİYİ: Azərbaycan klublarına qarşı ikili standartlar var

“Bizim yerimizə başqa ölkə olsaydı, hakim Xaçayevə o ikinci “sarı”nı verməyəcəkdi”.

Bu fikiləri Yenicag.az-a açıqlamasında avrokuboklarda Azərbaycan klublarına qarşı hakim ədalətsizliyi haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana Avropada həmişə yuxarıdan-aşağı baxıblar:

“Bu bütün sahələrdə belə olub, 44 günlük müharibə zamanı biz ikili standartları açıq şəkildə görə bildik. Ölkəmizin qələbəsi onlara “yer eləmişdi”, dostları, dəstəkçiləri ermənilərin tərəfini tutmuşdular. İndi də bunu futbolda edirlər. Əslində, ona qədər də vardı. Elə 2014-cü ildə Miroslav Zelinkanın “Qarabağ”ın təmiz qolunu saymayaraq, qrupdan çıxmasının qarşısını alması ən bariz nümunə idi. Sonralar “Differdanj”, “Bazel” və digər hadisələr oldu, əvəzində “Marsel”lə ev matçındakı feyr-pleylə Qurban Qurbanov kimin-kim olduğunu göstərdi. Amma hakim ədalətsizliyi dayanmır, davam edir”.

K.Məstəliyev qeyd edib ki, verilən qərarlar çox mübahisəli oldu:

“Biz “Sumqayıt”ın heyət və təcrübə yetərsizliyi, oyunçuların fərdi səhvləri, bir sıra başqa səhvlərdə günahlandıra bilərik, amma verilən qərarlar çox mübahisəli oldu. Startda penaltinin verilməməsi, qırmızı vərəqəyə izah yoxdu. Bizim yerimizə başqa ölkə olsaydı, hakim Xaçayevə o ikinci sarını verməyəcəkdi. Elə həmin “Fehervar”a. Meydanın mərkəzində olmuş, 50/50-yə epizodun üstündən keçmək olardı, keçmədi. Üstəlik, çox rahatlıqla sarı vərəqələr payladı. Az qala, hər epizodda hakimi əlində vərəqə gördük. Əminəm ki, mövsüm ərzində Azərbaycan klublarına qarşı hakim qərəzini yenə, dəfələrlə görəcəyik”.

İsmayıl Bakuvi

COP29