Avrokuboklarla bağlı yeni qərar – UEFA məlumat yaydı

Avrokubokların finalı ilə bağlı yeni qərar qəbul edilib. Belə ki, 2019-ci ildən 2021-ci ilə kimi Çempionlar Liqası və Avropa Liqasının finalı eyni həftədə keçiriləcək. Yeniçağ.az-ın xəbərinə görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Həmçinin bildirilib ki, 2019-cu ildə Avroliqanın finalının mayın 29-u oynanılacaq. Turnirlərin finalı indi olduğu kimi müxtəlif şəhərlərdə baş tutacaq.

Xatırladaq ki, bundan əvvəlki qaydaya əsasən, Avroliqanın finalı ÇL-dən 10 gün əvvəl keçirilirdi. Bu il isə Avropa Liqasının finalı mayın 24-ü Stokholmda, Çempionlar Liqasının finalı isə iyulun 3-ü Kardiffdə keçiriləcək.

Yeniçağ.az