Avroliqa: Yarımfinalçılar müəyyənləşdi

Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, keçirilən oyunlardan sonra yarımfinala yüksələn komandaların adları bəlli olub.

“Arsenal” Rusiyada MOİK-in, “Atletiko” isə səfərdə “Sportinq”in qonağı olub. Moskvadakı görüşdə heç-heçə qeydə alınıb ki, bu da ilk oyunda qalib gəlmiş “topçular”ı növbəti mərhələyə daşıyıb. Madrid klubu isə səfərdə minimal hesabla uduzsa da, yarımfinala vəsiqəni əldən verməyib.

“Zalsburq” isə öz meydanında “Latsio”nu qəbul edib. İlk oyunda 2:4 hesabıyla uduzmasına baxmayaraq, doğma meydanda 4:1 hesabıyla qalib gələn Avstriya klubu yarımfinala yüksəlib. Digər görüşdə isə “Marsel” “Leyptsiq”lə qarşılaşıb. Gecənin ən bol qollu matçında sevinən fransızlar olublar.

 

Avropa Liqası
1/4 finalın cavab oyunları
12 aprel

“Zaltsburq” (Avstriya) – “Latsio” (İtaliya) 4:1
Qol: Dabbur, 56. Haydara, 72. Huanq, 74. Layner, 76 – İmmobile, 55.
İlk oyun – 2:4

“Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya) 1:0
Qol: Montero, 28.
İlk oyun – 0:2

MOİK (Rusiya) – “Arsenal” (İngiltərə) 2:2
Qol: Çalov, 39. Nababkin, 50 – Uelbekk, 75. Remzi, 90.
İlk oyun – 1:4

“Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya) 5:2
Qol: İlsanker, 6-avtoqol. Sarr, 9. Tovin, 38. Payet, 60. Sakai, 90+2 – Bruma, 2. Auqustin, 55.
İlk oyun – 0:1

COP29