Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Serbiyanın “Srvena Zvezda” klubu doğma meydanda Moskva ÇSKA-sı (Rusiya) ilə üz-üzə gəlib. 90 dəqiqə ərzində qapılara qol vurulmadığından, oyun heç-heçə başa çatıb.
Qeyd edək ki, mərhələnin digər oyunları fevralı 15-də baş tutacaq.
Avropa Liqası
1/16 final mərhələsinin ilk oyunu
13 fevral
“Srvena Zvezda” – ÇSKA (Moskva) 0:0