Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları baş tutacaq. Yeniçağ.az-ın məlumatına görə, bu dəfə matçlar 2 gün keçiriləcək. İlk oyun günündə 3 qarşılaşma olacaq. Belə ki, İstanbulda “Fənərbaxça” “Krasnodar”ı, Almaniyada “Şalke” PAOK-u, Fransada isə “Sent Etyen” “Mançester Yunayted”i qəbul edəcək.
Hər üç görüş saat 21:00-da start götürəcək .
Qeyd edək ki, mərhələnin digər oyunları sabah keçiriləcək.
Avropa Liqası
1/16 final mərhləsi, cavab oyunları
22 fevral
21:00. “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya)
Baş hakim: Pavel Raçkovski (Polşa)
İlk oyun – 0:1
21:00. “Şalke” (Almaniya) – PAOK (Yunanıstan)
Baş hakim: Luka Banti (İtaliya)
İlk oyun – 3:0
21:00. “Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun – 0:3
Yeniçağ.az