Avroliqanın bombardiri oğurlandı

Latviyanın “Ventspils” klubunun futbolçusu Adeleke Akinyemi yoxa çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə nigeriyalı hücumçunun çıxış etdiyi klub rəsmi məlumat yayıb.

Klub yaydığı rəsmi bəyanat vasitəsi ilə bildirib ki, Akinyemi “Ventspils”in bazasına geri dönməyib və onun harada olduğu bilinmir:

“Akinyemi heç kimə demədən klubun bazasını və şəhəri tərk edib. Son günlərdə kluba mesajlar göndərilir. Təxmin edirik ki, bu cinayətin arxasında təşkilatlanmış qrup dayanır. Kluba təzyiq və şantaj edirlər. Adelekenin “Ventspils”də çıxışı ilə diqqətləri öz üzərinə cəlb etməsindən sonra digər klubların oyunçumuza olan marağı artıb. Oğurlayan şəxslər onun satışından pul qazanmaq niyyətindədirlər”.

“Ventspils” hadisə ilə əlaqədar polisə müraciət edib. Klub həmçinin FİFA və UEFA-nı işə cəlb etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Adeleke Akinyemi Avropa Liqasının 2018/2019 mövsümündə bombardirlər siyahısına başçılıq edir. Onun aktivində 4 qol var.

COP29