Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.
Yenicag.az xəbər verir ki, püşkarma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı, qarşılaşmanın səfiri, veteran futbolçu Vəli Qasımov iştirak edir.
Püşkatmadan öncə Vəli Qasımov 2018/2019-cu il mövsümünə təqdim olunacaq kuboku səhnəyə gətirib.
Qeyd edək ki, 2018/2019 mövsümünün finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.