Bu gün Avropa Liqasında 2023/2024 mövsümünün final matçı keçirilib.
Yenicag.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “Atalanta” klubu ilə Almaniya “Bayer” (“Leverkuzen”) klubu üz-üzə gəlib.
Qarşılaşma italyanların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu həm də “Bayer”in cari mövsümdə ilk məğlubiyyəti olub. Klub 49 oyundan sonra bu mövsüm məğlubiyyətə uğrayıb.
23:00. “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) – 3:0
Qollar: Lukman, 12, 26, 76
Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).
VAR: Pol van Bökel (Niderland).
İrlandiya, “Dublin Arena”./Qafqazinfo/
![](https://qafqazinfo.az/uploads/1716413551/436749225_1468083367147352_2127546195557626355_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1716413551/435917621_1857923021377184_7464227235213454350_n.jpg)