Avronun görüntüsü dəyişdirildi – FOTO

Avropa İttifaqı ölkələrinin valyutası olan avronun görüntüsü dəyişdirilib.

Yenicag.az xəbər verir ki, avronun 100 və 200-lük əskinaslarının yeni görünüşünü ilk dəfə Avropa Mərkəzi Bankı yayıb.

Yeni dizaynlı avrolarda rəqəmlər daha böyük ölçülü edilib, şrift və nişanların ölçüsü dəyişdirilib. Həmçinin pulun özünün  də ölçüsü kiçildilib, rəngləri dəyişdirilib.

Əskinasların dəyişməsinə səbəb kimi saxta pullarla mübarizə göstərilib. Təkmilləşdirilmiş texnologiyaların köməyi ilə yaradılmış yeni pulu saxtalaşdırmağın mümkünsüz (çətin) olduğu qeyd edilib.

Verilən məlumata görə, yeni əskinaslar dövriyyəyə gələn ilin may ayında buraxılacaq.

Qeyd edilib ki, 500-lük avrodan başqa, bütün əskinaslar vahid standartda olacaq.

COP29